Açıq ürək əməliyyatları

Əməliyyatlar süni qan dövranı aparatına qoşulmaqla icra edilir. Şöbəmizdə müasir üsulların tətbiq edilməsiylə anadangəlmə ürəkqüsurlarının hər növündə cərrahi müdaxilə icra edilir. Mərkəzimizdə il ərzində 300 açıq ürək əməliyyatı icra edilir. Əməliyyatlar orta və yan kəsiklə süni qan qan dövranı şəraitində dayandırılmış və ya işləyən ürəkdə (qüsurun növündən asılı olaraq) icra edilir. Mərkəzimizdə aşağıdakı anadangəlmə ürək qüsurlarının korreksiyası  icra edilir.

  • Qulaqcıqlararası çəpərin birincili və ikincili defektləri, Mədəciklərarası çəpər defektləri, tam və natamam forma atrioventrikulyar kanal defektləri, ağciyər venalarının hissəvi və total anomal drenaji üzərində radikal korreksiya edici əməliyyatlar.
  • Ürək qapaqlarının təmir və protezlənməsi (Aortal qapaqların Ozaki üsulu ilə təmiri).
  • Göy qüsurların ( Fallo tetradası, İki çıxışlı sağ mədəcik, Maqistral damarları transpozisiyası və s) radikal korreksiyası.
  • Tək mədəcikli xəstərdə hemodinamik korreksiya edici əməliyyatlar (Qlen, Fonten).
Bu yazını yaxınlarınızla paylaşın: