Elektrokardiostimulyator implantasiyası
Bəzən uşaqlarda hər hansı xəstəlikdən, keçirilmiş ürək əməliyyatından sonra və ya anadangəlmə olaraq ürəyin keçirici sistemində ciddi problem yaranır. Bu özünün ürək vurğularının sayının kəskin azalmasıyla göstərir. Belə xəstələrdə ürək vurğularının sayı azaldığı üçün qan dövranı çatmamazlığının əlamətləri aydın nəzərə çarpır. Mərkəzimizdə belə xəstələrə elektrokardiostimulyator implantasiyası uğurla icra edilir. Elektrokardiostimulyator iki üsulla implantasiya edilir. Açıq üsul (əsasən daha az yaşlı uşaqlarda) mərkəzikəsiklə aparılır. Qapalı üsul (daha böyük uşaqlarda) damardaxili yəni kəsiksiz yolla imlantasiya icra edilir.
Bu yazını yaxınlarınızla paylaşın: