İnvaziv müdaxilələr

İnvaziv müdaxilələr heç bir kəsik olmadan rentgen nəzarət altında damardaxili yolla ürək qüsurunun aradan qaldırılmasıdır. Mərkəzimizdə uğurla 2012-ciildən invaziv üsulla qüsurların müalicəsi icra edilir. Hazırda mərkəzimizdə Açıq arterial axacağın (Botal axacaq), ağciyər arteriyasının və aortanın qapaq darlıqları həmçinin qulaqcıqlararası çəpərin geniş olmayan mərkəzi defektləri üzərində uğurlu invaziv müdaxilələr icra edilir. İnvaziv müdaxilədən birgün sonra xəstə stabil vəziyyətdə evə yazılır

Bu yazını yaxınlarınızla paylaşın: