Qapalı ürək əməliyyatları
Bu əməliyyatlar süni qan dövranına qoşulmadan icra olunur. Qapalı əməliyyatlar orta və ya yan qabırğaarası kəsiklə icra edilir. Aşağıdakı qüsurlarda qapalı əməliyyatlar tətbiq olunur. Açıq arterial axacaq, aortanın koarktasiyası, Fasiləli aorta (interrupted aorta) və s. Həmçinin mərkəzimizdə qapalı əməliyyatlar mürəkkəb anadangəlmə ürək qüsurlarının müalicəsinin ilkin mərhələsi kimi tətbiq edilir. Bu əməliyyatlar ağciyər qan dövranını tənzimləmək məqsədiylə icra edilir. Azalmış ağciyər qan dövranı olan mürəkkəb qüsurlu xəstələrə ilkin mərhələdə aorta ilə ağciyər arteriyası arasında anastomoz yaradılır (klassik Blelok-Taussiq anastomozu və modernizə edilmiş mərkəzi anastomozlar). Artmış ağciyər qan dövranı olan mürəkkəb qüsurlu xəstələrə ilkin mərhələdə ağciyər arteriyasının daraldılması (PA Banding) əməliyyatı tətbiq edilir.